Neft Fondunun büdcəsi ilə bağlı fərman

İlham Əliyev

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2016-cı il büdcəsi ilə bağlı fərman imzalayıb.

ARDNF-in 2016-cı il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə ARDNF-in 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilib.

Neft Fondunun 2016-cı ildə istifadəsinin əsas istiqamətləri və fondun idarə edilməsi ilə bağlı xərclər smetası da təsdiq edilib.