Hassan Rohani Səudiyyə Ərəbistanını pislədi

Hassan Rohani

İran prezidenti Hassan Rohani bildirib ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsməklə şiə xadiminin edamına görə cinayətini ört-basdır edə bilməz.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın şiə xadimi və müxalifətçi Sheikh Nimr-al Nimri edam elməsindən sonra bu ölkənin Tehrandakı səfirliyinə hücum edilib.

Bundan sonra Səudiyyə Ərəbistanı yanvarın 4-də İranla diplomatik münasibətləri dayandırıb.

Həmçinin Küveyt yanvarın 5-də İrandakı səfirini geri çağırıb.

İran hökuməti bu hücumda əli olmadığını bildirir və buna görə xarici ünsürləri günahlandırır.

Tehran bu hücumun şübhəli və Səudiyyə Ərəbistanın xeyrinə olduğunu deyir.

İran Xarici işlər nazirliyinin rəsmisi bundan bir gün əvvəl Səudiyyə Ərəbistanın İranla diplomatik əlaqələri kəsməyə heş bir əsas olmadığını bildirib.

O Səudiyyə hökumətini vəziyəti gərginləşdirməyə cəhddə günahlandırıb.