Neft düşə-düşə gedir

Foto arxiv

Dünya bazarında neftin qiyməti yenidən düşüb.

Brend markalı neftin bareli yanvarın 6-da 35 dollar 7 sent olub.

Bu bir gün ərzində 1 dollar 35 sent ucuzlaşma və son 11 il ərzində ən aşağı həddir.

Qeyd edək ki, neftin bareli 2014-cü ilin iyununda 115 dollar idi.

Reuters yazır ki, neft istehsalçıları olan Səudiyyə Ərəbistanı ilə İran arasındakı münaqişə, stehsalın azaldılması ilə bağlı bu iki ölkə arasında əməkdaşlığı mümkünsüz edir.

Həmçinin Çin və Hindistanda iqtisadi artımın geriləməsi belə bir fikir yaradır ki, hətta digər ölkələrdə güclü təlabat belə neftin bahalaşmasına kömək etməyəcək.