Lavrov Bakıya gəlir

S.Lavrov

-

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlir. Hazırda səfərlə bağlı hazırlıq işləri görülür.

APA-nın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 24-də keçirdiyi brifinqdə bildirib:

“Hazırda səfər üzərində iş gedir. Səfərin tarixi və müzakirə olunacaq məsələlər Azərbaycan tərəfi ilə dəqiqləşdirilir. Dəqiqləşmə aparılandan sonra əlavə məlumat veriləcək” deyə M.Zaxarova bildirib.