Azad Rəhimov dünya cempionatından danışdı

Azad Rəhimov

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanla Türkiyənin 2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmələri barədə məlumatlara münasibət bildirib.

Qol.az-ın məlumatına görə, nazir aprelin 1-də jurnalistlərə açıqlamasında deyib ki, belə bir məsələ hələlik gündəmdə deyil.

Amma nazir yerli assosiasiyaların müzakirələr aparması ehtimalını istisna etməyib: "2026-cı il dünya çempionatının Türkiyə və Azərbaycanda keçirilməsini biz təklif etməmişik və ya onu Türkiyə ilə müzakirə etməmişik. Ola bilsin, bu assosiasiyalar səviyyəsində müzakirə olunub. Amma dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülmür".

Qeyd edək ki, mətbuatda FİFA prezidenti Canni İnfantinoya istinadla DÇ-2026-ya Azərbaycan və Türkiyənin də birgə ev sahibliyi etmək istəmələri barədə məlumatlar yayılıb.