Lavrov Serzh Sargisianla görüşüb

Serzh Sarkisian və Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 22-də Yerevanda Ermənistan prezidenti Serzh Sargisianla görüşüb.

Görüşdə Dağlıq Qarabağda baş verən toqquşmalar və son durum müzakirə olunub.

Ermənistan prezident aparatının məlumatına görə, Lavrov deyib ki, münaqişənin həllinə tərəflərin özləri nail olmalıdır, biz isə həmsədr ölkələrlə birlikdə kömək etməyə çalışacağıq, çalışırıq və bundan sonra da çalışacağıq.

Lavrov bundan əvvəl ermənistanlı həmkarı Edvard Nalbandianla da görüşüb.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər.

Lavrov qeyd edib ki, Rusiya ATƏ-in Minsk qrupunun həmsədrlərindən biri kimi etibarın bərpası və təhlükəsizliyin təmin edilməsi üçün bütün mümkün imkanlara əl atacaq.

Qeyd edək ki, Lavrov Yereavndan sonra Bakıya gəlməlidir.

Onun ölkə prezidenti İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.