"Sovetski" xarabalıqları- FOTOLAR

Rəsmilərin əsas fikri belə idi ki: "Sovetskinin sökülməsi yarı uçuq mənzillərdə yaşayan 50 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşdırılmasına yönəlmiş böyük həcmli layihədir".

Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam köçürüldü və avtomobil yolu salındı".

Sovetski Bakı şəhərinin Yasamal rayonunda yerləşən iki əsrə yaxın tarixi olan tarixi məhəllə idi.

Əvvəllər tarixi abidələr siyahısında olan bəzi binalar söküntü başlayandan sonra bu siyahıdan çıxarıldı.

Cəlil Məmmədquluzadənin ev muzeyi də Süleyman Tağızadə küçəsi 56-da yerləşir.

Məhəllələrdə söküntü işləri başlayan gündən divarlarda müxtəlif etiraz sloqanları görmək olardı.

2014-2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər Sovetskidə yerləşən xeyli sayda yaşayış evi söküldü.

Sovetskidə hər 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi olunsa da evləri kiçik olan sakinlər bundan razı qalmadılar.

 

Son on ildə Sovetskinin ara küçələrində hündürmərtəbəli binaların tikintisi başlamışdı.

Jurnalist Osman Mirzəyevin, məşhur teatr aktyoru Abbas Mirzə Şərifzadənin yaşadığı evlərin bir əsrdən çox tarixi var idi. Artıq o evlər sökülüb.

Sovetskidə yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşirdi.

Sökülən yaşayış evlərinin bəzilərinin bir əsrdən çox yaşı var idi.

Sovetsidə yerləşən əsrlik binaların qapıları və üzərindəki naxışları xüsusilə seçilirdi.

Rəsmi informasiyaya görə, “Sovetski” ərazisində yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan təxminən 200 ev, 9 hamam, 4 məscid, 1 kilsə, 10-dək təhsil və səhiyyə müəssisəsi mövcud idi.

Üzeyir Hacıbəyov, Məhəmməd Əmin Rəsulzadə, Cəfər Cabbarlı, Mikayıl Müşfiq və s məşhur şəxslər bir müddət Sovetski məhəlləsində yaşayıblar.

Sökülən yaşayış evlərinin bəzilərinin bir əsrdən çox yaşı var idi.

Sökülən evlərin arasında vaxtı ilə dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də var idi.

Binalar söküldükcə qapılarda, divarlarda yazılan yazılar bura gələnlərə mesaj ötürürmüş kimi diqqət çəkirdi.

Sovetskinin ərazisi “Bayır şəhər” adı ilə də tanınırdı.

Sökülən tarixi binaların əksəriyyətinin üzərindəki naxışlar oyma ilə işləndiyindən, bina ilə birlikdə tarixdən silindi.