İstanbul universitetində reyd, saxlananlar var

Foto arxiv

İstanbul da daxil olmaqla 12 vilayətdə 100 ünvanda keçirilən əməliyyat zamanı 87 şübhəlidən 51-nin saxlandığı bildirilir.

Siyahıda İstanbul Universitetinin professorları, dosent və dosent köməkçiləri, həmçinin Fətullah Gülən hərəkatı ilə bağlılıqda şübhəli bilinən şəxslər var.

Onlar 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə bağlılıqda ittiham olunurlar.

Qeyd edək ki, həmin vaxtdan bu yana ölkədə kütləvi həbslər davam edir.

Bugünədək 35 mindən çox adam həbs olunub, 100 mindən çox hərbçi, hakim, müəllim və digər dövlət quluqçusu saxlanıb və ya işdən kənarlaşdırılıb.

15 iyul qiyam cəhdi zamanı 270-dən çox adam ölüb.

Hazırda ABŞ-da yaşayan Fətullah Gülən ona qarşı irəli sürülən ittihamları rədd edir.