Ermənistan milli kinoakademiyası yeni mükafat - "Anahit"i təsis edib

Armenian national film award "Anahit".

Ermənistan milli kinoakademiyası ilk milli filmlər mükafatı olan "Anahit"in əsasını qoyub. Dekabrın 28-i mükafatın ilk təqdimetmə mərasimi keçirilib.

"Anahit" mükafatına 11 nominasiya üzrə Ermənistandan 45 namizəd müraciət edib. Ermənistan kinoakademiyasının 35 nəfərlik üzvü müraciət edən üzvlər arasından 14 film seçiblər. Bu haqda mediaya Ermənistan kinoakademiyasının baş katibi Raffi Movsisyan məlumat verib.

Buna da bax: Ermənilər sovetdənqalma "Armenfilm"i dirçəltməyə çalışır

Onun sözlərinə görə "Anahit" mükafatının təltifetmə mərasimi Ermənistanın İctimai Televiziyası vasitəsilə canlı yayımlanacaq.

"Biz çalışırıq insanlara televiziyada baxa bilmədikləri filmləri çatdıraq. Tamaşaçıların ölkəmizdə baqa filmlərin də, məsəlçün animasiya, sənədli və s. filmlərin də çəkildiyindən xəbər tutsunlar", - deyə Movsisyan danışıb.

Buna da bax: Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın

Məlumata görə "Anahit" kino mükafatları "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı qısa film", "Ən yaxşı animasiya filmi", "Ən yaxşı rejissor", "Ən yaxşı operator", "Ən yaxşı ssenarist, "Ən yaxşı aktyor", "Ən yaxşı aktyor", "Ən yaxşı rəssam", "Ən yaxşı bəstəkar" nominasiyalarında veriləcək.