2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olubmuş

2016-cı il Naxçıvan Muxtar Respublikasında “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunubmuş.

Bu haqda Naxçıvan MR Ali Məclisin sədri Vasif Talıbov məlumat verib.

Vasif Talıbov deyib ki, "2016-cı il muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu məqsədə çatmaqda əhəmiyyətli rol oynamış, görülən işə görə məsuliyyət hissi daha da artmışdır".

Vasif Talıbov çıxışında Naxçıvanda ekoloji cəhətdən təmiz meyvə-tərəvəz məhsulları yetişdirildi də bildirib:

"2016-cı il fevralın 8-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsini təmin etmiş, tələbatdan artıq mövsümi məhsulların isə ixracına imkan yaratmışdır. 2016-cı ildə əkin sahələrindən 83 min tondan çox tərəvəz, meyvə bağlarından isə 52 min tona yaxın məhsul götürülmüşdür".

Vasif Talıbov 2016-cı ildə muxtar respublikaya gələn turistlərin sayının artaraq 403 mini keçdiyini də bildirib.