Gəncədə xəstəxana işçiləri yolu bağlayıb [video]

Bu gün, yanvarın 18-də Gəncə Dəmir Yol Xəstəxanasının işçiləri etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb xəstəxananın bağlanacağı xəbərinin yayılmasıdır.

Xəstəxananın işçiləri şəhərdəki mərkəzi küçələrdən birini müvəqqəti bağlayıblar. Onlar deyiblər ki, xəstəxana bağlansa çox ağır vəziyyətə düşəcəklər. Hakimiyyət orqanlarından məsələyə ciddi yanaşılması istənilib.

Buna da bax:​ 'Özəlləşdirmə işsizlik yaradacaq'

Baş verənlərə, hələlik, xəstəxana rəhbərliyindən və Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Ancaq, ötən ilin dekabrında səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkədə 10-dan çox xəstəxananın özəlləşdiriləcəyini bildirmişdi.

Bəzi KİV-lərin bu barədə yaydığı məlumatlarda onların arasında Gəncə Dəmir Yol Xəstəxanasının da olduğu qeyd edilirdi.