Gənclər Günüdür

İlham Əliyev

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.

1996-cı il fevralın 2-də Bakıda gənclərin 1-ci forumu keçirilib. Prezident sərəncamı ilə bu tarix Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb.
Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da «Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında» sərəncam imzalayıb.

2007-ci il isə ayrıca «Gənclər ili» elan edilib.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını stimullaşdırmaq məqsədilə 2011-ci ildə də Prezident yanında Gənclər Fondu yaradılıb.