Vəkil Alexander Lapshin-lə görüşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Lapshin Azərbaycanda

Vəkil Səfər Hüseynov fevralın 9-u həbsdə olan bloqqer Alexander Lapshin-lə görüşüb. Bu barədə APA-ya S.Hüseynov özü bildirib.

Vəkil A.Lapshin-lə 1 saylı Bakı İstintaq Təcridxanasında görüşdüyünü deyib.

O qeyd edib ki, bloqqer saxlanma şəraitindən hər hansı şikayət dilə gətirməyib, səhhətinin normal olduğunu deyib.

A.Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbilə, hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belarus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb.

Həmin qərar fevralın 7-si gecə icra edilib.

A.Lapshin hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. O, Ukrayna, Rusiya və İsrail vətəndaşıdır.