İsrail səfirliyinin nümayəndələri Lapshinlə görüşüb

Alexander Lapshin həbs olunub.

Belarusdan Azərbaycana ekstradisiya edilən bloqqer Alexander Lapshın bu gün, fevralın 10-da İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb.

Bu haqda “Turan” Agentliyi səfirliyə istinadən xəbər verir.

Səfirlik əməkdaşları bloqqerin durumu ilə maraqlanıblar.

Görüşün detalları haqda bilgi verilmir.

Buna da bax:​ Rusiya səfirliyinin əməkdaşları Lapshin-lə görüşüb

Bundan əvvəl bloqqerlə Rusiya səfirliyinin əməkdaşları da görüşmüşdülər. O, hazırda Baki İstintaq Təcridxanasında saxlanır.

Xatırlatma

A. Lapshin ötən il dekabrın 15-də Minskdə Azərbaycanın tələbi ilə hökumət əleyhinə çağırışlar və dövlət sərhədinin qanunsuz keçmək ittihamı ilə saxlanıb. Belorus məhkəməsi onun Azərbaycana verilməsi ilə bağlı qərar çıxarıb. Bir müddət əvvəl İsrail Xarici İşlər Nazirliyi Lapshini Azərbaycana təhvil verməmək çağırışı ilə Belarus hakimiyyətinə müraciət edib.

Buna da bax:​ 'Lapshin-i yox, Laçını gözləyirdik'

Baş Prokurorluq Alexander Lapshini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməkdə və Dağlıq Qarabağın müstəqilliyini tanımağa açıq çağırışlar etməkdə günahlandırır.

Alexander Lapshın fevralın 7-də Azərbaycana ekstradisiya edilib. O, İsrail, Rusiya və Ukrayna vətəndaşıdır.