Azərbaycanca beş min kitabın toplandığı android üçün proqram çıxdı

Mobil Kitabxana - "vBooks" proqramı.

Mədəniyyət və Turizm Nazirliyi 5000-dən çox fonda malik olan mobil kitabxana proqramını oxucuların istifadəsinə təqdim edib.

“Mobil Kitabxana” - vBooks adlanan proqramı "Play Market"dən ödənişsiz olaraq “Android” əməliyyat sistemi əsasında işləyən mobil telefona və digər elektron cihazlara yükləmək mümkündür . “Mobil kitabxana” proqramının elektron məlumat bankına siyasi, hüquqi, iqtisadi, tarix, bədii və uşaq ədəbiyyatı, biznes, menecment, dərslik, mədəniyyət, turizm və müasir elm sahələrinə dair beş mindən çox milli və xarici ədəbiyyat daxil edilib.

Buna da bax: Elektron kitabın kağız kitabı sıxışdırması mifini almanlar dağıdır

Proqramın cihaza yüklənməsi, yayılması pulsuzdur. Proqram həm internetin yardımı ilə, həm də offlayn rejimdə işləyir, oxucu bazadan seçərək “Mənim kitablarım” bölməsinə yüklədiyi kitablardan müntəzəm istifadə edə bilər.

Proqramı bu link vasitəsilə android sistemi əsasında işləyən cihazlara yükləmək mümkündür: