Bakıda Novruz festivalı

Bakıda Novruz şənlikləri davam edir- [fotolar]

Bu gün, martın 20-də Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə «Novruz» festivalı keçirilir.

«Sabir bağı»nda təşkil edilən festivalda «Kitabi - Dədə Qorqud» dastanından götürülmə el ağsaqqalı Dədə Qorqud və Bahar qızının Novruz bayramı münasibətilə təbrikləri çatdırılır.

Tədbirdə Novruz personajları - Kosa və Keçəl də öz yerlərini alıblar. Kəndirbaz və pəhləvanlar öz məharətlərini göstərirlər.

Respublikanın gənc və tanınmış müğənniləri bayram proqramları ilə çıxış edirlər.

Festival martın 26-na kimi davam edəcək.

Bu gün, martın 20-si saat 14:29-da bahar Azərbaycan torpağına qədəm basır.