Ayxan Ayvazın hekayələri "Buri"də toplandı

Book of stories "Buri" by Aykhan Ayvaz.

Gənc yazıçı Ayxan Ayvazın hekayələr kitabı çap olunub.

Oxu Zalının əldə etdiyi məlumata görə, “Qanun” nəşriyyatında çap olunan “Buri” adlı kitabda yazarın müxtəlif mövzularda qələmə aldığı 10 hekayə toplanıb.

Yaxın günlərdə kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.

Xatırladaq ki, “Buri” yazarın ilk hekayələr kitabıdır. Bundan əvvəl bir roman və bir tərcümə kitabı işıq üzü görüb.