'Əgər insan yoxa çıxsa qorilla üçün ümüd varmı?' - Bu kitabda qorilla özü cavab verir

Book cover of "Ismayil" by Daniel Kuin from Kitabseverler group, Azerbaijan.

"Facebook" sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər"in 14-cü kitabı - məşhur Amerika yazıçısı Daniel Kuinin "İsmayıl" romanının təqdimat mərasimi keçiriləcək.

Qrupdan verilən məlumata görə, təqdimat aprelin 16-da saat 13:30-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsində baş tutacaq.

Buna da bax: "Kitabsevərlər" qrupu ilə həvəskar oxucudan peşəkara necə çevrilmək olar...

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilmiş 276 səhifədən ibarət kitabın tərcüməçisi şair Səbuhi Şahmursoy, redaktoru isə yazıçı Cavid Qədirdir. Əsər İsmayıl adlı telepat qorillanın müəllim qismində bəşər tarixinə alternativ baxışı, yaşam tərzinin yeni paradiqmasının təqdimatı üzərində qurulub. Romanda İnsanın əzəldən gələn ən təbii qanunauyğunluğu tərk edərək, öz yaratdığı mifin əsirinə çevrilib dünyanı məhvə aparmasına müxtəlif məntiq səviyyələrində aydınlıq gətirilir. Telepat-qorilla bəşəriyyətin bu bəlasını "mədəni amneziya" adlandıraraq əvəzində əhəmiyyətli alternativi sübuta yetirərək öz reseptini təqdim edir.