10 ildə 1,6 milyon iş yeri?

Masallıda işsizlər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyir ki, "son 10 ildə ölkədə 1,6 milyon iş yeri açılıb".

Ancaq işsizlərdə sual yaranır ki, hanı həmin iş yerləri? Belə bəyanatlar nəyə hesablanır? Nə qədər ciddidir?

Buna da bax:

Iqtisadçı ekspert Azər Mehtiyev deyir ki, 2013-cü ildən bəri açılan iş yerləri ilə bağlı verilən statistikalar daim müzakirə mövzusuna çevrilir. Onun sözlərinə görə açılan iş yerləri barədə məlumat verilsə də, bağlanan iş yerləri haqda məlumat verilmir. Ekspert bildirir ki, bəzən bir iş yerinin başqa yerə köçürülməsini də yeni iş yerinin açılması kimi qələmə verirlər.

Azər Mehtiyev deyir ki, dövlət qurumları hesabatlarını daha çox açılan iş yerlərinin üzərində qururlar. Onun sözlərinə görə böyük neft bumu dövründə açılan iş yerləri kimi tikintilər dayansa da bunlar statistikada göstərilmir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Azər Mehtiyev: "bağlanan iş yerləri haqda məlumat verilmir"

İqtisadçı ekspert Elçin Rəşidov bildirir ki, əsas maraqlı olan son 2 ilin statistikasıdır. Çünki əvvəlki 7-8 ildə həmin statistikada artım olsa da, son 2 ildə azalmağa doğru gedib. Ekspert deyir ki, maraqlı məsələlərdən biri də bağlanana iş yerlərinin həmin statistikaya salınıb-salınmamasıdır.

Elçin Rəşidov deyir ki, 10 il bundan əvvəl 2007-ci ildə işsizliyin statistikasını götürsək, rəsmi rəqəmlərdə belə, 1,6 milyon işsiz adamın qeydə alınması real deyil. Ekspert bildirir ki, statistikada bir şeyin tərifini dəyişməklə böyük rəqəmlər almaq olur. Buna ekspert VÖİN açdıranları misal gətirir. O deyir ki, VÖİN açdıran şəxs heç bir işlə məşğul olmasa belə işləyən adam kimi statistikaya salınır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Elçin Rəşidov: "maraqlı olan son 2 ilin statistikasıdır"

Daha bir ekspert Ruslan Atakişiyev bildirir ki, yeni açılan iş yerlərindən danışdıqda onları daimi və mövsümi iş yerləri kimi xarakterizə etmək lazımdır. Ekspert deyir ki, həmin iş yerlərinin verdiyi məlumatlar əsasında həmin statistik rəqəmlər ortaya çıxır.

Ruslan Atakişiyev deyir ki, bəzən könüllü fəaliyyət göstərənlərə əmək kitabçası açılaraq onları yeni işlə təmin olunmuş kimi qeydiyyata düşür. Bu səbəbdən ekspert təklif edir ki, dəqiqliklə bu məsələni araşdırmaq üçün digər hesabatları və daimi və müvəqqəti iş yerlərinin statistikasına baxmaq lazımdır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ruslan Atakişiyev: "Daimi və mövsümi iş yerləri..."