İlham Əliyev Bibiheybət mədəninə gedib

İ.Əliyev Bibiheybətdə

Bu gün, aprelin 26-sı prezident İlham Əliyev Bibiheybət mədəni ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanda sənaye üsulu ilə neft hasilatına XIX əsrin ortalarından başlanıb. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə sənaye üsulu ilə quyu qazılıb.

Ancaq indi həmin quyunun neft verib-vermədiyi açıqlanmır.