Gürcüstana ən çox Azərbaycan pul yatırır

Gürcüstan, Tbilisi. 26Mart2017

Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstan iqtisadiyyatına 97 milyon dollar birbaşa investisiya qoyulub. Bu rəqəm deyilən dövrdə həmin ölkəyə xarici investisiyaların 24,1 faizinə bərabərdir.

Gürcüstanın Statistika Komitəsinin məlumatında belə deyilir.

Rəsmi məlumatdan bəlli olur ki, investisiya həcminə görə, Azərbaycan yenə Gürcüstanda liderdir.

Buna da bax:​ Azərbaycanlılar pulu niyə Azərbaycana yox, Gürcüstana qoyurlar?

Ancaq 2016-cı ilin birinci rübü ilə müqayisədə Azərbaycandan Gürcüstana investisiyalar 30 faiz azalıb.

Ümumilikdə isə yanvar-mart aylarında Gürcüstana investisiyalar (403 mln dollar) 3,6 faiz artıb.

Bu yaxınlarda iqtisadiyyat naziri Şahin Mustafayev də Azərbaycanın Gürcüstana yatırımlarından danışmışdı.

Nazir iyunun 14-də bildirmişdi ki, Gürcüstanda 200-dən çox Azərbaycan şirkəti qeydə alınıb. Gürcüstan Azərbaycan iqtisadiyyatına 72 mln. dollar, Azərbaycan isə Gürcüstan iqtisadiyyatına 3.4 mlrd. dollar investisiya yatırıb.

Buna da bax: 'Gürcüstan... kəndirbaza bənzəyir'-filosof

«Bu ölkəyə yatırılan investisiyaların həcminə görə, Azərbaycan bir neçə ildir ki, birinci yerdədir», - nazir qeyd etmişdi.

Ekspertlər bu prosesi Azərbaycanda korrupsiya və inhisarçılıq amili ilə izah edirlər. Onlar deyir ki, əgər belə olmasaydı Azərbaycan iş adamları investisiyanı elə öz ölkələrinə yatırdardılar.