Hökumət sosial evlərə investor axtarır

Sizin brauzer HTML5-i dəstəkləmir

Sosial evlər kimləri varlandıracaq?

Mənzil İnşaatı Dövlət Agentliyi yanında «MİDA» MMC Yasamalda tikilən mənzil kompleksinə investor axtarır.

Qurum sosial evlərin tikintisinə rabitə, internet və televiziya xidməti təşkil edəcək investor tapmaqdan ötrü müsabiqə elan edib.

«MİDA» MMC Yasamal ərazisində 6 ikibloklu doqquzmərtəbəli bina tikir. Onlar ipoteka ilə güzəşt kateqoriyasından olan vətəndaşlara satılacaq.

Bu binaların tikintisinə 19.4 mln manat ayrılıb. Hazırda bu mənzilləri almaqdan ötrü ərizələr qəbul edilir. Növbəti mərhələdə Hövsanda yaşayış kompleksinin tikiləcəyi bildirilir.

Prezident İlham Əliyev ötən il aprelin 11-də vətəndaşların yaşayış sahələrinə olan ehtiyacını ödəmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman verib. «MİDA» MMC onun tabeliyindədir.