Neftin qiyməti düşüb

Foto arxiv

Neftin qiyməti, OPEC təşkilatının Abu-Dabidə keçirilən görüşü ərəfəsində düşməyə başlayıb.

Görüş avqustun 7-8-i keçirilir.

İnterfaksın avqustun 7-də verdiyi məlumata görə,

görüşdə hasilatın azaldılması ilə bağlı neft ölkələri ilə əldə edilmiş razılaşmanın həyata keçirilıməsi dəyərləndirilməlidir.

Toplantı ərəfəsində Brend markalı neftin bareli London birjasındaq 0,38 faiz ucuzlaşaraq 52 dollar, 22 sentə düşüb.

WTI markalı neftin bareli isə Nyu-York birjasında 0,36 faiz ucuzlaşaraq 49,4 dollar olub.