'Azərbaycan Teatr Ensiklopediyası' çapdan çıxıb

'Azərbaycan Teatr Ensiklopediyası' kitabı

Milli Kitabxanada “Azərbaycan Teatr Ensiklopediyası”nın təqdimat mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu qurumun sifarişi ilə nəşr olunmuş ensiklopediya “Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən çap edilib.

Ensiklopediyanın müəllifi İlham Rəhimlidir.

Çıxışçılar təqdim edilən ensiklopediyanı gələn il 145 yaşını qeyd edəcək Azərbaycan peşəkar teatrı üçün bir hadisə kimi dəyərləndirib, onun fundamental bir tədqiqatın nəticəsi olduğunu vurğulayıblar.

Buna da bax: Nazim Hikməti, Çe Gevaranı görmüş azərbaycanlı [audio]

Ensiklopediyanın elektron variantının rus və ingilis dilində Milli Kitabxana tərəfindən elektron kataloqa daxil edilməsi qərara alınıb.

Ensiklopediyanın layihə rəhbəri Əbülfəs Qarayev, koordinatoru Ədalət Vəliyevdir. Rəyçilər professorlar Kamal Abdulla, Nizami Cəfərov, Azər Paşa Nemətov, Rafiq Sadıqovdur. Ensiklopediyanın redaksiya heyətinin üzvləri professorlar Timuçin Əfəndiyev, Fərəh Əliyeva, İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov və Aydın Talıbzadədir.