Birləşmiş Ştatların NATO-dan çıxmasının əleyhinə səs verdilər

Nümayəndələr Palatasının spikeri Nancy Pelosi

ABŞ Nümayəndələr Palatası Konqresin NATO-nu dəstəklədiyini təsdiqləyən qanun layihəsinə yekdilliklə səs verib. Bu, Prezident Donald Trump-ın 29 üzvü olan alyansla bağlı öhdəlikləri sarıdan narahatlıqların baş qaldırdığı bir dönəmə təsadüf edir.

NATO-ya Dəstək Aktı alyansdan çıxmaqdan ötrü maliyyə vəsaitindən istifadəni yasaqlayır. Sənəddə qeyd olunur ki, alyansın tərkibində qalmaq ABŞ siyasətidir.

Sənəd 357-22 səs çoxluğuyla qəbul olunub.

Qanunda Amerikanın NATO-nu, onun qarşılıqlı müdafiəylə bağlı maddəsini dəstəklədiyi vurğulanır.

Sənəddə NATO-nun ən yeni üzvü Monteneqroya da dəstək ifadə olunur. Alyansın hər bir üzvünün 2024-cü ilədək ÜDM-sinin azı 2 faizini müdafiəyə xərcləməli olduğu qeyd edilir.