Avropa Komissiyası 'Şərq Tərəfdaşlığı' ölkələrinə 140 milyon avro ayırır

Oliver Varhelyi

Avropa Komissiyası koronavirusla mübarizə üçün Şərq Tərəfdaşlığı ölkələrinə – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya 140 milyon avro ayırdığını açıqlayıb.

Komissiya həmçinin bildirir ki, koronavirus böhranının sosial-iqtisadi təsirini azaltmaq üçün 700 milyon avroluq vəsaitin istifadəsinə yenidən baxacaq.

Komissiyanın Qonşuluq və Genişlənmə Komissarı Olivér Várhelyi deyib:

“Təkcə AB deyil, tərəfdaş ölkələrimiz də çətin dönəmdən keçir. Koronavirus pandemiyasının insanın həyatına və yaşayış səviyyəsinə təsirini azaltmaq üçün əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili ehtiyaclarına, həm də cəmiyyətin ən həssas qruplarına və altı ölkənin iqtisadiyyatının dayağı olan kiçik və orta sahibkarlığa daha uzunmüddətli ehtiyaclarının qarşılanması üçün çalışırıq”.