Çexiya qadağaları necə qaldıracaq

Cirk La Putyka qrupunun üzvü çıxış edir

Çexiyada aprelin 14-nə olan məlumata görə, koronavirusa 6 min 111 nəfər yoluxub, onlardan 161 nəfəri dünyasını dəyişib, 642 nəfər sağalıb.

Hökumət pandemiyanın qarşısını almaq üçün tətbiq olunan qadağaları tədricən yüngülləşdirmək planını açıqlayıb. Pandemiya nəzarətdən çıxmazsa, tədbirlər bir neçə həftə ərzində qəbul oluna bilər.

Plana görə, aprelin 20-dən kiçik dükanlar açılacaq. Mayın 11-dən daha böyük mağazaların, iyunun 8-dən isə restoran və ticarət mərkəzlərinin işi bərpa edəcəyi gözlənir.

Hökumət aprelin 20-dən məktəb və universitetlərin tədricən yenidən açmağı planlaşdırsa da, gündəlik dərslərin yay tətilinədək tam bərpa olunacağı gözlənilmir.

Bu arada sosial məsafə və məcburi maska taxılması qaydaları da qüvvədə qalacaq.