286 yeni yoluxma, 8 ölüm

GENERAL – Microbiologist with a tube of biological sample contaminated by Coronavirus with label Covid-19. Illustration

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 2-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4868 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6727, ötən müddət ərzində isə ümumilikdə 738963 test aparılıb.

Ötən həftə Səhiyyə Nazirliyi isə vurğulamışdı ki, 12 mindən də çox insan da bu virusla bağlı əlavə evdə müalicə alır və ya karantində saxlanır. Dünən, avqustun 1-də Azərbaycanda 279 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 18 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 689 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.