Belarusun Slovakiyadakı səfirindən etirazçılara dəstək

Belarusun Slovakiyadakı səfiri Igor Leshchenya, 16 avqust 2020

Belarusun Slovakiyadakı səfiri Igor Leshchenya ölkəsində baş verən hadisələrdə dinc aksiyaçıları dəstəkləyən bəyanatla çıxış edib. Bu barədə KİV diplomatın video müraciətinə istinadla məlumat yayıb.

"Bütün belaruslular kimi mən də ölkəmin vətəndaşlarının işgəncə və doyülməsi hadisələrindən şokdayam" deyə o bildirib. Səfir qeyd edib ki, onun yüzlərlə həmvətənləri 21-ci əsrin tolerant Avropa Belarusunda öz üzərlərində bəzi hüquq-mühafizə orqanları nümayəndələrinin NKVD ənənələrini canlandırdıqlarını müşahidə ediblər.

Leshchenya etirazçıları müdafiə edən ilk Belarus səfiridir.

Buna da bax: 'Nexta' nın redaktoru Belarus və Rusiyada axtarışa verilib

Avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində Mərkəzi Seçki Komissiyası indiki prezident Lukashenkonun seçkilərdə qalib gəldiyini açıqlayıb. Bundan sonra ölkədə seçki saxtakarlığına qarşı kütləvi etirazlar başlayıb. Hüquq mühafizə orqanları aksiyanın qarşısını sərt şəkildə almağa çalışıb. Bu zaman bir nəfər həlak olub, minlərlə adam həbs olunub, işgəncələrə məruz qalıb. Belarus prezidenti Lukashenkonun seçkidəki əsas rəqibi ölkəni tərk etmək məcburiyyətində qalıb.

Aksiyalar hələ də davam etməkdədir. Avqustun 15-də Minskidə etirazçılar həlak olan 34 yaşlı aksiyaçı ilə vidalaşıblar.

Buna da bax: Lukashenka rusiyalı muzdluları Moskvaya qaytarıb