Əfv Komissiyasının yeni tərkibi təsdiqlənib

İ.Əliyev

Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib.

Bununla bağlı bu gün, sentyabrın 8-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənədlə Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev olub.

Bundan əvvəl komissiyaya hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyev rəhbərlik edirdi.

R.Mehdiyev ötən il oktyabrın 23-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.

Komissiyanın tərkibində də dəyişikliklər var:

  • Fuad Ələsgərov - Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri
  • Gündüz Kərimov - Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi
  • Fikrət Məmmədov - Ədliyyə naziri
  • Vilayət Eyvazov - Daxili işlər naziri
  • Əli Nağıyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
  • Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri
  • Əhliman Əmiraslanov - Milli Məclisin Səhiyyə komitəsinin sədri
  • Zahid Oruc - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri
  • Fazil Mustafa - Milli Məclisin deputatı
  • Azay Quliyev – Milli Məclisin deputatı
  • Sədaqət Vəliyeva - Milli Məclisin deputatı
  • Aynur Sofiyeva - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
  • Rəşad Məcidov - Mətbuat Şurasının İdarə Heyətinin üzvü
  • Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri
  • Bəyimxanım Verdiyeva - "Xan Şuşinski" Fondunun rəhbəri
  • Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru