İranda Azərbaycanı dəstəkləyənlər saxlanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

İranda Azərbaycana dəstək aksiyalarında onlarla adam saxlanıb

Oktyabrın 1-də İranın müxtəlif şəhərlərində Azərbaycana dəstək aksiyaları zamanı onlarla aksiyaçının saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna oktyabrın 2-də yerli fəallar məlumat verib.

Paytaxt Tehran, Təbriz, Zəncan, Urmiyə, Ərdəbil, Muğan, Mərən, Marağa və Xoy şəhərlərində küçələrə çıxan aksiyaçılar, Ermənistanın işğalçı siyasətini pisləyib, Azərbaycana həmrəylik bildiriblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tərtərdən gələnləri öz çayxanasında yerləşdirib yeməklərini verir

Fəallar bir neçə gündür Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlara dəstək nümayiş etdirir, İranın Ermənistana silah ötürülməsində iştirakını pisləyən şüarlar səsləndiriblər. Onların sözlərinə görə, aksiyalar zamanı onlarla saxlanan olub.

İranlı fəal: "Bu aksiyalar zamanı "erməniyə himayət cinayətdir, cinayət", "Qarabağ bizimdir, bizim olacaq" kimi şüarlar səsləndirildi. Aksiyalar zamanı Təbrizdə 40-a yaxın, Urmiyədə 13 nəfər, Ərdəbildə 40 nəfərdən çox, Zəncanda 6 nəfər, Xoyda isə 6 nəfər tutulub".

Saxlananların taleyi ilə bağlı məlumat öyrənmək mümkün olmayıb.

Rəsmi Tehran da məsələ ilə bağlı, hələlik, məlumat verməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Kaş ki quş olub, uçub kəndimizi görəydim': Cəbrayıl köçkünü

Yerli fəalların sözlərinə görə, aksiyaçılar həmçinin, İranla Ermənistan arasındakı "Nurdüz" sərhəd-keçid məntəqəsinin bağlanmasını tələb ediblər. Aksiyaçılar həmin sərhəd məntəqəsindən Ermənistana Rusiya və İrandan hərbi yardımlar göndərildiyini iddia edirlər.

Bir neçə gün əvvəl də bu tələblə İranda etiraz aksiyası keçirilmişdi.

Rəsmi İran isə Ermənistana hərbi yardım göndərilməsi ilə bağlı məlumatları təkzib edir.

İrandan Ermənistana silah ötürülməsinə dair məlumatlara, hələlik, Bakıdan reaksiya yoxdur.