E.Rüstəmov Mərkəzi Bankın təzə binasından danışdı

CBA Tower

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni binanı öz hesabına tikəcək.

Bunu bu gün, yanvarın 29-da keçirdiyi mətbuat konfransında çıxış edən AMB sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank son 3 ildə dövlət büdcəsinə 7.8 mlrd. manat vəsait köçürüb və 2021-ci ildə bunun 250 milyon civarında olması planlanılır.

E.Rüstəmovun vurğulamasına görə, bu iş 4-5 il ərzində yekunlaşmalıdır.

Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikintisinə 218 mln. avro yönəldəcəyi açıqlanıb. Binanı Türkiyənin "Tekfen Holding" şirkəti inşa etməlidir.

Bəzi müxalif partiya və ictimai fəallar bu layihəni bahalı və lazımsız sayırlar.

AMB-in mövcud binası isə 1998-ci ildə istifadəyə verilmişdi.