Bayden deyir ittihamlar mübahisəsizdir, Tramp da deyir ‘əcinə ovu’ davam edir

Bayden və Tramp

ABŞ Prezidenti Co Bayden, sələfi Donald Trampla bağlı Senatda keçirilən impiçment səsverməsinin nəticələrini şərh edib.

O deyib ki, bu, bu səsvermə Trampın mühakimə olunmasına səbəb olmasa da, "ittihamların mahiyyəti mübahisəsizdir".

Baydenin sözlərinə görə, hətta Trampa haqq qazandırmaq üçün xeyrinə səs verənlər belə yanvarın 6-da baş verənlərə görə, onun ən azından mənəvi məsuliyyət daşıdığını etiraf ediblər.

Bayden Trampın impiçment məsələsinə demokratlarla yanaşı, 7 respublikaçının da səs verməsinə toxunaraq bunu ABŞ tarixdə görünməmiş bir hadisə adlandırıb.

Fevralın 13-də Trampın mühakimə olunması ilə bağlı Senatda keçirilən səsvermə 57 lehinə, 43 əleyhinə olmaqla yekunlaşıb.

Impiçment elan edən Demokratların 10 səsi çatmayıb. Prezidentin mühakimə olunması üçün isə senatorların üçdə ikisinin dəstəyi lazımdır.

"Əcinə ovu"nun davamı

Tramp da prosesin başa çatması ilə bağlı açıqlama yayıb. O, prosesi "əcinə ovu" nun davamı adlandırıb.

"Günümüzün kədərli mənzərəsinin bir əksidir ki, Amerikadakı bir siyasi partiyanın nümayəndələri qanunun aliliyinə laqeyd yanaşaraq... rəyləri ilə razı olmayan bütün insanları və ya fikir nöqtələrini təqib etmək, şantaj etmək, təzyiq altında saxlamaq və yatırmaqda sərbəstdirlər.”

Keçmiş prezidentin əksər sosial şəbəkələrdəki hesabları bloklandığından bəyanatı onun vəkilləri yayıb.

Trampa qarşı impiçment iddiası onun səlahiyyət müddəti bitməzdən əvvəl, yanvaın 13-də Nümayəndələr Palatasında irəli sürülüb. Senatın məhkəməyə müraciətlə bağlı səsverməsi isə Trampın özəl bir vətəndaş olduğu vaxtda baş tutub.

Trampın Senatda rəsmi qınanması onu keçmiş prezidentlərə aid edilən imtiyazlardan məhrum edə və eyni zamanda yenidən vəzifəyə gəlmək fürsətini bağlaya bilər.

ABŞ tarixində bir prezidentə qarşı iki dəfə ipiçment elan edilməsiı ilk hadisə hesab olunur.