Türkiyə ‘Krım platforması’na yadım edəcəyini bildirir

Tükiyə prezidenti Rəcəp Tayyip Ərdogan (sağda) və Ukrayna prezidenti Vladimir Zelenski, Istanbul, 10 aprel 2021.

Ankara Kiyevin “Krım Platforması” - Rusiya tərəfindən ilhaq edilmiş Krımın yenidən inteqrasiyasını təmin edən bir proqram yaratmaq təşəbbüsünü dəstəkləyəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, İstanbulda Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlardan sonra İstanbulda keçirdiyi mətbuat konfransında söyləyib.

Ərdoğan Türkiyənin Ukrayna ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu və bu əməkdaşlığın başqa ölkələrə qarşı yönəlmədiyini vurğulayıb.

Türkiyə prezidenti Ukraynanın şərqində artan gərginlikdən Ankaranın narahat olduğunu deyib və Minsk razılaşmaları çərçivəsində Donbasdakı vəziyyətin erkən normallaşacağına ümid etdiyini bildirib.

Vladimir Zelenskyy Ukraynanın suverenliyininin Tükiyə tərəfindən dəstəkləməsinin Kiyev üçün son dərəcə vacib olduğunu söyləyib.

Prezidentlər arasındakı danışıqlardan sonra Ukrayna ilə Türkiyə arasında Strateji Şuranın iclası baş tutub.

Tərəflərin qəbul etdiyi ortaq bəyannamədə Kiyev və Ankaranın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın ərazi bütövlüyünü bərpa etmək üçün çalışmalarını davam etdirəcəyi bildirilir.

Bundan əlavə, ölkələr ilhaqdan sonra yarımadanı tərk edən Krım tatarlarının həyatlarını yaxşılaşdırmaq üçün çalışacaqlar.

Bu səfərdən əvvəl, aprelin 9-da Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub. Rusiya prezidnti Vladimir Putin Ukraynanın Moskvanın “təmas xəttində təhlükəli təxribatlar” olduğuna inandığından yenidən başlamasından narahatlığını bildirib.

Bu yaxınlarda Donbasdakı münaqişə zonasında vəziyyət yenidən kəskinləşib, burada atəşkəs praktiki olaraq dayandırılıb. Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi barədə çoxsaylı məlumatlar var. Rusiya səlahiyyətliləri bu qoşunların heç kim üçün təhlükə yaratmadığını söyləyirlər.