BMT-yə görə, soyqırımı faktına məhkəmə qərar verilməlir

BMT-nin bayrağı

Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzərincə soyqırım faktı müvafiq məhkəmə tərəfindən tanınmalıdır. Bunu jurnalistlərin suallarına BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarric deyib.

ABŞ-ın "erməni soyqırımı"nı tanıya biləcəyi ehtimalına BMT-nin münasibəti necə olacaq- sualına cavab olaraq Stefan Dujarric belə deyib:

“Bir qayda olaraq, təşkilatın yaranmasından əvvəl baş verən hadisələrə münasibət bildirmirik. Müxtəlif vəziyyətlərdə və şəraitlərdə, soyqırımı faktına müvafiq məhkəmə orqanları tərəfindən qərar verilməli olduğunu bildirmişik."

Tükiyə Ermənistan münasibətləinə xələl gətirmə

Türkiyə Parlamentinin sədri Mustafa Şentop, Ermənistanın tarixi gerçəklərə zidd olan məsələnin tanınması çağırışının Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmaq səylərinə xələl gətirdiyini söyləyib.

Bundan əvvəl Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın da "dar siyasi məqsədlər üçün tarixi faktlarda spekulyasiyaların nə keçmişə, nə də bu günə kömək etmədiyini" söyləyib.

Bundan əvvəl bir sıra Qərb mətbuatı yazıb ki, ABŞ prezidenti Co Bayden 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlərə münasibət bildirərkən "soyqırım" ifadəsindən istifadə edəcək.