Nərmin Quliyevanın ölümü ilə bağlı istintaq bitib

Sizin brauzer HTML5-i dəstəkləmir

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Tovuz rayonu Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın ölümü ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb.

Bu barədə bu gün, aprelin 28-də Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onun qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılan cinayət işi üzrə istintaq yekunlaşıb.

Prokurorluq bildirir ki, həmin cinayəti törətməkdə Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli sayılır: "Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub".

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

İlkin Süleymanovun yaxınları etiraz edir: Heç bir sübut yoxdur

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində şübhəli bilinən İ.Süleymanovun saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb. İ.Süleymanov isə dörd gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldıqdan sonra etiraf ifadəsinə məcburən imza atdığını bildirib. Baş Prokurorluq isə onun işgəncəyə məruz qalması barədə dediklərinin əsassız olduğunu bəyan edib.

Həmin ittihamlarla ona ömürlük həbs cəzası da verilə bilər.