İsraildə dini mərasimdə azı 44 nəfər həlak olub

Xilasedicilər iş başında

Israilin şimalında yəhudi dini festivalında izdihamda azı 38 nəfərin həlak olduğu xəbər verilir. Ölkənin əsas xilasetmə xidməti olan Magen David Adom aprelin 30-da bildirib ki, 100-dən çox şəxs yaralanıb, onlardan azı 24-ü ağır vəziyyətdədir.

Faciənin səbəbləri haqda ziddiyyətli məlumatlar gəlir. “Haarets” qəzeti yazır ki, adamlar pilləkənlərdən sürüşüb yıxılınca çaxnaşma yaranıb, basabas düşüb. İlkin məlumatlarda isə izdiham içində kürsünün aşdığı xəbər verilirdi.

Sosial mediada yayılan videolarda hadisə yerində böyük kütlə, xaos görünür. Bir videoda isə yerdə cəsədlər düzülüb.

Ultra-pravoslav ölkədə minlərlə insan Meron dağına yəhudi dini bayramını qeyd etməyə yığışıblar.

İsrail pandemiya qadağalarını demək olar qaldırandan sonra ilk dəfəydi ölkədə belə nəhəng dini tədbir keçirilirdi. Səhiyyə orqanları isə tədbirlə bağlı xəbərdarlıq etmişdilər.