Berti Foqts: «İstefa? Problem yoxdur»

Berti Foqts

«İstefa? Problem yoxdur, lazımdırsa, gedə bilərəm! Bunu tələb edirlərsə, mənim heç bir problemim yoxdur. Ancaq bu qərarı AFFA qəbul edir».

Bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Belçikada keçirilən mətbuat konfransında deyib.

2012-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli yığması Belçika yığmasına 1:4 hesab ilə məğlub olub.

B. Foqts belçikalıların oyununu yüksək qiymətləndirib və Azərbaycan yığmasının uduzmasına səbəb bəzi səhvlərin olduğunu söyləyib:

«Təəssüflər olsun ki, öz səhvlərimizdən qollar buraxdıq. Mən doğrudan da inanıram ki, Belçika bu qrupda 2-ci güclü komandadır».