Daha 5 müxalifətçi 2 ay müddətinə həbs edildi

2 aprel aksiyası

İctimai Palatanın 2 aprel aksiyası ilə əlaqədar daha 5 nəfər müxalifətçiyə 2 aylıq həbs cəzası verilib. Bunlar Əhəd Məmmədli, Babək Həsənov, Ülvi Quliyev, Elşən HəsənovSahib Kərimovdur.

Məlumatı AzadlıqRadiosuna Əhəd Məmmədlinin vəkili Yalçın İmanov verib.

Bu 5 müxalifətçiyə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

Vəkil Yalçın İmanov deyib ki, prosesdə Ə.Məmmədlinin saxlanarkən döyülüb zorakılığa məruz qalması ilə bağlı vəsatət verib. Vəsatət qəbul edilib və araşdırma üçün prokurorluğa göndərilib.

Vəkil deyir ki, onlar həbs qətimkan tədbirindən apelyasiya şikayəti verəcəklər.