Hüsnü Mübarək xəstəxanaya, oğlanları isə həbsxanaya düşdü

Əli və Camal Mübarək

Misirin keçmiş prezidenti Hüsnü Mübarək barəsində 15 sutka həbs qərarı verilib. O, korrupsiyada və hakimiyyətdən sui-istifadədə təqsirləndirilir.

H. Mübarəkin iki oğlu – CamalƏli də 15 sutkaya həbs olunub.

H. Mübarək aprelin 12-də səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya aparılıb. O, ürək problemlərindən əziyyət çəkir və hazırda polis nəzarətindədir.

82 yaşlı Mübarək Misirdə xalq etirazları zamanı bu il fevralın 11-də istefa verməyə məcbur olub.