Politkovskaya «Mətbuat azadlığı uğrunda» mükafata layiq görülüb

«O, şücaəti və jurnalistikaya sədaqətinə görə unudulmamağa layiqdir»

Rusiyalı jurnalist Anna Politkovskayaya ölümündən sonra ABŞ Milli Mətbuat Klubunun fəxri mükafatı verilib.


Milli Mətbuat Klubunun bəyanatında deyilir ki, «Həyatına təhlükələr Anna Politkovskayaya Çeçenistan münaqişəsini parlaq işıqlandırmasına mane olmayıb. O, şücaəti və jurnalistikaya sədaqətinə görə unudulmamağa layiqdir».


«Mətbuat azadlığı uğrunda» nominasiyada mükafata Politkovskaya ilə yanaşı, «Mayami Herald» qəzetinin keçmiş baş redaktoru, «İnformasiya azadlığı uğrunda milli koalisiya»nın yaradıcılarından biri Pit Veytsel də layiq görülüb.


«Novoya qazeta»nın jurnalisti Anna Politkovskaya ötən ilin oktyabrında Moskvada qətlə yetirilib.