Politkovskayanın qətlinin açıldığı deyilir

Politkovskaya yazılarında Kreml və Çeçen müharibəsinin tənqid edirdi

Xüsusilə vacib işlər üzrə baş müstəntiq Petros Qaribyan deyir ki, jurnalist Anna Politkovskayanın qətli açılıb və qətlin icraçısı saxlanıb.


«Novaya qazeta»ya müsahibəsində Qaribyan bildirib ki, iş üzrə 11 adama ittiham irəli sürülüb, onlardan 10-u, o cümlədən, cinayətin təşkilatçıları həbs olunublar. Müstəntiq heç bir ad açıqlamayıb.


«Novaya qazeta»nın şərhçisi Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də Moskvada öz evinin girişində güllə ilə qətlə yetirilib.


Politkovskaya yazılarında Kreml və çeçen müharibəsini tənqid edirdi.