«Eurovision-2008»də Azərbaycanı Elnur Hüseynov təmsil edəcək

Elnur Hüseynov

O, üç namizəd arasından seçilib.

Milli seçim turunun final mərhələsi fevralın 2-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçirilib.


Tədbirdə «Eurovision-2003»ün qalibi Sertab Erener, «Eurovision-2004»ün qalibi Ruslana və «Eurovision-2007»nin qalibi Mariya Şerifoviç də iştirak ediblər.


53-cü «Eurovision» mahnı müsabiqəsi 2008-ci ilin mayında Serbiyanın paytaxtı Belqradda keçiriləcək. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunacaq.