'Bu, dövlətçiliyə qarşı yönəlib' - ABŞ təhsilli müstəqil ekspertlər 'casus' damğasına etiraz edir

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanda hökumətə yaxınlığı ilə tanınan media qurumları ABŞ-da təhsil almış şəxsləri bu ölkənin agenturası olmaqda ittiham edib. Bu ittihamlara hakimiyyəti tənqid edənlər tuş gəlsə də, yerli media nədənsə hökumətdə təmsil olanlardan da bir çoxunun ABŞ məzunu olduğunu heç yerdə vurğulamayıb.