ABŞ Bağram hava bazasını təhvil verir

Bağram bazası

ABŞ ordusu Bağram hava bazasını Əfqanıstan Milli Təhlükəsizlik və Müdafiə Qüvvələrinə təhvil verib. Bu bazar 20 ilə yaxın idi Birləşmiş Ştatların başçılıq etdiyi əməliyyatlar üçün qovşaq rolunu oynayırdı.

Sovetlərin tikdiyi bu nəhəng baza Əfqanıstanda ABŞ və NATO qüvvələrinin ən böyük hərbi obyektdir. Amerikanın bu ölkədə hərbi iştirakı başlayandan onminlərlə əsgər burada yerləşib.

“Koalisiya qüvvələrinin hamısı Bağramdan çıxıb”, – bir rəsmi “AFP”yə deyib. O, ABŞ və NATO qüvvələrinin bazanı nə vaxt tərk etdiyini açıqlamayıb.

Başqa bir rəsminin deməsinə görə, ABŞ-ın Əfqanıstanda baş komandiri General Ostin Miller “qüvvələri qorumaq üçün bütün qabiliyyətini və səlahiyyətini saxlayır”.

Əfqanıstan rəsmisi bazanın iyulun 3-də mərasimdə hökumətdə rəsmən təhvil veriləcəyini bildirib.

Taliban silahlı qruplaşması isə ABŞ və NATO qüvvələrinin Bağramdan çıxmasını “alqışlayıb və dəstəkləyib”.

Bu, Birləşmiş Ştatların Əfqanıstandakı 2500-3500-lik əsgərinin əsas hissəsinin artıq ölkəni tərk etdiyini göstərir. Prezident Co Bayden bundan ötrü sentyabrın 11-ni son tarix qoyub.