Ağdamda 3 nəfər minaya düşüb

İşğaldan azad oluna Kəlbəcər rayonu, iki Azərbaycan jurnalistinin həlak olduğu mina partlaması

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər minaya düşüb. Bu barədə Azətac Ağdam rayon prokurorluğuna istinadən məlumat yayıb.

İlkin araşdırmalara görə, həmin ərazidə təmir-tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Bu məlumatdan bir qədər sonra "Report"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətinə istinadla Ağdamda daha bir nəfərin minaya düşdüyünü yayzıb.

Məlumata görə, həmin şəxs 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğludur. Onun sağ əlindən yüngül xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparıldığı bildirilir.

Buna da bax: Mina partlayışı niyə suallar doğurub? (Video)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də işğaldan azad olunmuş Laçın şəhərində etdiyi çıxışı zamanı deyib ki, Qarabağda müharibə bitəndən bəri mina partlaması nəticəsində 240-dan çoxr Azərbaycan vətəndaşı ya həlak olub, ya da yaralanıb.

Mina partlaması nəticəsində həlak olanlardan ikisi jurnalistdir. Azərbaycan Televiziyası və Azərtacın əməkdaşları olan iki jurnalist işğaldan azad olunan Kəlbəcər rayonuinda reportaj hazırlayan zaman olduqları maşın minaya düşüb və hər iki jurnalist hadisə yerində həlak olub.

Qarabağda müharibə bitəndən sonra bir sıra ölkə və beynəlxalq təşkilatların vastəçiliyi ilə Azərbaycan bəzi minalanmış bəzi ərazilərin xəritələrini Ermənistandan ala bilib. Amma yayılan rəsmi məlumatlarda həmin xəritələrin o qədər də doğru olmadığı bildirilib.

Müdafiə nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-13-dən Azrbaycan və Ermənistan sərhəddində baş verən silahlı toqquşmanın Azərbaycan ərazilərinə mina basdıran təxribat qrupunun aşkarlanmasından və ona adekvat cavab verilməsindən sonra baş verdiyi bildirilir.

Buna da bax: Kəlbəcərdəki mina nə zaman basdırılıb?- Rəsmi açıqlama

Ermənistan tərəfi siə bu məlumatları təkzib edir və atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu iddia edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər indiyədək sülh sazişi imzalamayıb.