Əli Abbasov işdən çıxarıldı

►Prezidentin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən azad olunub. Bu haqda məlumatı Azərtac yayıb.

Milli təhlükəsizlik nazri Eldar Mahmudov işdən çıxarılandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də telefon dinləmələrinə görə bir neçə səlahiyyətli şəxsin saxlanılması haqda məlumatlar yayıldı. Bu haqda məlumatı keçmiş nazir Əli Abbasov özü mətbuata qismən təsdiqləmişdi. O ad çəkməmiş və səbəbləri açıqlamamışdı.

Bundan bir qədər öncə Əli Abbasovun Baş Prokurorluqda dindirilməsi haqqında məlumatlar da yayılmışdı.

Əli Abbasov İlham Əliyevin nazir təqin etdiyi ilk kadrlardandır.

Onu kimin əvəzləyəcəyi hələlik məlum deyil.

HƏMÇİNİN BAXIN