ABŞ Əfqanıstandan təxliyyəyə 18 mülki təyyarə cəlb edir

ABŞ hərbi təyyarəsi, Kabil hava limanı, 19 avqust ugust 2021

Pentaqon bildirir ki, bundan başqa adamları Yaxın Şərqdəki ABŞ bazalarına çatdırmaq üçün müdafiə naziri Lloyd Austin çox nadir hallarda istifadə olunan  Mülki Ehtiyat Hava Donanmasının (GRAF) təyyarələrinin işə cəlb edilməsinə göstəriş verib. 

Birləşmiş Ştatlar on minlərlə əfqanıstanlı və xaricininin Kabildən çıxarılmsına bir neçə böyük Amerika hava yolları şirkətini cəlb edib.

Pentaqon bildirir ki, bundan başqa adamları Yaxın Şərqdəki ABŞ bazalarına çatdırmaq üçün müdafiə naziri Lloyd Austin çox nadir hallarda istifadə olunan Mülki Ehtiyat Hava Donanmasının (GRAF) təyyarələrini işə cəlb edilməsinə göstəriş verib.

Məlumatda deyilir ki, American Airlines, Atlas, Delta, Omni, Hawaiian və United şirkətlərindən 18 mülki təyyarə təxliyə ilə məşğul olan onlarla hərbi yük nəqliyyatına kömək edəcək.

Həmin təyyarələr Kabildən ABŞ -ın Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindən olan bazalarına təxliyyə olunmuş adamları ABŞ və Avropa ölkələrinə daşıyacaq.

Minlərlə hərbçinin Kabil hava limanını qoruması ilə yanaşı Vaşinqton indiyə qədər olan ən geniş təxliyyə əməliyyatlarından birini avqustun 31-də yeknlaşdırmağa qərar verib.

ABŞ prezidenti Joe Biden Əfqanıstandan 15 minə qədər amerikalının çıxarılmalı olduğunu deyib. Onun sözlərinə görə, administrasiya ən azı 50 min əfqan müttəfiqi və onların ailə üzvlərini ölkədən çıxarmaq istəyir.

Biden Taliban-ın qəfil qələbəsindən sonra xaotik təxliyyənin geniş tənqid olunmasına münasibət bildirib. Prezident amerikalıların, digər əcnəbi və müttəfiqlərin Taliblər tərəfindən işğal olunmuş Kabildan çıxarmaqla bağlı çılğın səylərin təhlükəli olduğunu deyib.

Şənbə günü vəziyyətin daha da gərginləşməsi səbəbindən ABŞ hökuməti təhlükəsizliyə görə, öz vətəndaşlarına hava limanından kənar durmaqla bağlı xəbərdarlıq edib.

Pentaqonun təxliyyə əməliyyatlarına başladığı 14 avqust tarixindən indiyə qədər Əfqanıstandan 17 min adam çıxarılıb. İlkin olaraq çıxarılanlar Qatar və Küveytə aparılıb. Onların arasında bütövlükdə 2500 amerikalı olub.