ABŞ Ukraynaya daha 4 HİMARS göndərməyi planlaşdırır

HIMARS, 22 oktyabr 2020

Pentaqon növbəti hərbi yardım paketində Ukraynaya daha dörd HIMARS (High Mobility Artillery Rocket System) reaktiv yaylım atəşi sistemi göndərmək istəyir.

Bu barədə “Politico” ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. O da qeyd olunur ki, bu qərar hələ də Ağ Ev tərəfindən təsdiqlənməlidir.

Bundan başqa “Politico” yazır ki, Böyük Britaniya və Almaniya da Amerika istehsalı olan daha üç oxşar M270 sistemini Ukraynaya veriləcəyi bildirir.

Buna da bax: Rusiyanın təcavüzü başlayandan bəri Ukraynada 323 uşaq həlak olub

HIMARS və M270 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilir ki, bu da Rusiyanın çoxsaylı reaktiv yaylım atəşli sistemlərinin atış məsafəsindən çoxdur.

Onun Ukrayna ordusuna, xüsusən də Rusiyanın hazırda əhəmiyyətli üstünlüyə malik olduğu artilleriya qarşıdurmasında kömək edəcəyi güman edilir.

Nəzəri cəhətdən məhvetmə radiusu daha yüksək ola bilərdi, lakin

ABŞ Rusiyanın dərinliklərindəki hədəflərə zərbələr endirmək ehtimalınının mümkün ola biləcəyini əsas gətirərərk Ukraynaya məhvetmə radiousu daha yüksək olan müvafiq döyüş sursatı verməyəcəyini bildirib.

Ukrayna daha çox sayda reaktiv yaylım atəşi sistemi istəyir. Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak cəbhədə Rusiya ilə paritet əldə etmək üçün Ukrayna ordusuna bir neçə min ağır texnika o cümlədən 300 reaktiv sistemin lazım olduğunu deyib.

Buna da bax: Lavrov deyir ‘hücum etməmişik’, Putin deyir hücum davam edəcək

İndi Ukrayna hərbçiləri HIMARS sistemlərinin istifadəsi üzrə təlimləri başa vurur. Bundan əlavə, müasir Qərb silahlarının təmiri və texniki xidmət sistemini təşkil etmək lazımdır.

Məlumatlarda həmçinin vurğulanır ki, ABŞ Ukraynaya çoxsaylı raket sistemləri ilə zərbələr endirmək üçün kəşfiyyat məlumatı göndərəcəyini vəd edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Rusiyada "Müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.