Xarici valyutada olan əmanətlər azalıb

Manat və dollar

Banklarda əhalinin xarici valyutada olan əmanətlərinin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən aşağı düşüb.

Xəbəri Mərkəzi Bank yayıb.

Ötən ilin sonuna fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 448,7 milyon manat təşkil edib. Əmanətlərin 1 milyard 517,2 milyon manatı (20,4%)milli valyutada, 5 milyard 931,4 milyon manatı (79,6%) xarici valyutada olub.

Dekabrın 1-ə fiziki şəxslərin əmanətlərinin 81,2 faizi xarici valyutada idi.